18 
May
2017
12:43
16
208
2470
Virtual karabakh

Ukraynalı turistlər Türkiyədə qəzaya uğrayıblar – YENİLƏNMƏ

18 May, 2017
12:43
2470

Ukraynalı turistlər Türkiyədə qəzaya uğrayıblar – YENİLƏNMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə qəzaya uğrayan mikroavtobusda xəsarət alan Rusiya deyil, Ukrayna turistləridir.    

Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat-attaşesi İrina Kasimova bildirib. 

“Muğla əyalətinin qubernatorluğundan bizə verilən məlumata görə, bu mikroavtobusda Ukrayna vətəndaşları olub. Sərnişinlər arasında rusiyalı olmayıb”, - o deyib. 

11:47

Türkiyənin Dənizli əyalətində rusiyalı turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, qəzada 17 nəfər xəsarət alıb. Dənizli əyalətində turistlər arasında populyar olan qədim İerapolis və Pamukkale bulaqları var. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri