19 
May
2017
15:09
29
141
5175
Virtual karabakh

Rusiyadan Belarusa daha bir zərbə

19 May, 2017
15:09
5175

Rusiyadan Belarusa daha bir zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti müvəqqəti olaraq Belarusdan bəzi quru süd, pendir və yağ məhsullarının idxalını məhdudlaşdırıb.

Oxu.Az-ın Ria Novosti-yə istinadən verdiyi məlumata görə, belə bir qərarın verilməsinə səbəb olaraq Belarusdan idxal olunan heyvandarlıq məhsullarının tərkibində zərərli linkomisin, natamisin, tsiproksasin, eləcə də tilozin maddələrinin olduğu göstərilib.

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu qərarla bu ay 9 şirkətin məhsullarını qara siyahıya salıb. Aprel ayında isə belə istehsalçı qurumların sayının 18 olduğunu bildirmişdi.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri