19 
May
2017
16:11
121
11
4381
Virtual karabakh

“Bavariya” Ginnesin rekordlar kitabına düşüb – FOTO

Münhenin “Bavariya” komandası xüsusi rekord ilə Ginnesin rekordlar kitabına düşüb.  

Oxu.Az xəbər verir ki, Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasında 16 matçda qələbə qazanaraq dünya rekordu vurublar. 

“Belə mükafatları tez-tez almaq olmur. Mənim üçün bu ilkdir, baxmayaraq ki, mükafatlarım çoxdur”, - bunu Tomas Miller ilə birgə komandanın adından sertifikat alan komandanın kapitanı Filipp Lam bildirib. 

Qeyd edək ki, “Bavariya”nın rekord seriyası 2014-cü ilin sentyabr ayının 14-dən “Mançester Siti” komandasına 1:0 hesabı ilə qalib gəldikdən sonra başlayıb, rekord isə 2017-ci ilin fevral ayının 15-də “Arsenal”a 5:1 hesabı ilə qalib gəldikdən sonra olub. 

N.О.
www.oxu.az

Digər Dünya xəbərləri