19 
May
2017
21:22
268
30
3000
yuxarı
Dağıstanda quldur dəstəsi zərərsizləşdirilib
19 May, 2017
21:22
3000
268
30
Dağıstanda quldur dəstəsi zərərsizləşdirilib
Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən “Kadar” dəstəsinin başçısı zərərsizləşdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Milli Antiterror Komitəsinin məlumatında əməliyyat zamanı Dağıstanın Buynaksk rayonunun Karamaxi kəndindəki fərdi evlərin birində cinayət fəaliyyəti ilə məşğul olan qrup üzvləri aşkar edilib.
Quldurları mühasirə alan hüquq-mühafizə orqanlarının silahı yerə qoyub təslim olmaq təklifinə qarşı tərəf atəş açmaqla cavab verib.
Məlumata görə, dəstə terror istiqamətli çoxsaylı cinayətlər törədib, o cümlədən Karamaxi kəndinin administrasiya rəhbərini, eləcə də digər mülki vətəndaşları qətlə yetirib, eyni zamanda, hədə-qorxu yolu ilə sahibkarlardan böyük məbləğdə pul qoparıb.
Z.Q.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
Apr
2024
13:40
Ermənistan daimi sülh üçün özündə güc tapıb real addımlar atmalıdır - RƏY + FOTO
68
5
340
25 
Apr
2024
12:36
ABŞ kəşfiyyatı İranın hücumuna cavab olaraq İsrailə üç variant təklif etdi
74
31
1362