13 
İyn
2017
13:35
76
19
5188
Virtual karabakh

KİV: Karlovun qətlinin mümkün sifarişçiləri müəyyən edilib

13 İyn, 2017
13:35
5188

KİV: Karlovun qətlinin mümkün sifarişçiləri müəyyən edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlininin mümkün sifarişçilərindən beşinin kimliyini müəyyən edib, bu barədə yerli KİV-ə istinadən Hurriyet Daily News qəzeti məlumat yayıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, onlar faciənin baş verdiyi hoteldə yaşayırdılar və Mövlut Altıntaş ilə əlaqədə ola bilərdilər. Prokurorluq beş şübhəlidən birinin rusiyalı diplomatın qətlinin sifarişçisi ola biləcəyini ehtimal edir.   

Hüquq mühafizəçiləri həmçinin müəyyən ediblər ki, qətldən bir neçə gün öncə Altıntaş hotelin yaxınlığında TM-də FaceTime proqramı ilə şübhəlilərdən biri ilə danışıb, daha sonra isə onunla hoteldə görüşüb.  

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada - Müasir Sənət Mərkəzində “Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə” adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri