14 
İyn
2017
21:32
134
505
15302
Virtual karabakh

Londonda 27 mərtəbəli binada yanğın: Ölənlər var – VİDEO + YENİLƏNİB

14 İyn, 2017
21:32
15302

Londonda 27 mərtəbəli binada yanğın: Ölənlər var – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonun qərbində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ölənlərin sayı 12 nəfər çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Polis rəisi Styuart Kandi  bildirib ki, ölənlərin sayının artacağı gözlənilir.

15:19

Londonda 27 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 6 nəfərdir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, faktı London polisi də təsdiqləyib.

Polisdən onu da xatırladıblar ki, gecə saatlarında baş vermiş güclü yanğın nəticəsində xəsarət alanların sayı, həqiqətən də,  50 nəfərə çatıb.

Hadisə yerində yanğınsöndürmə briqadaları işləyirlər.

11:53

Londonun qərbindəki Latimer-road küçəsində,  Grenfell Tower yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, xəsarət alanlar xəsatəxanalara yerləşdirilib. 

27 mərtəbəli yaşayış binasında baş verən və bütün binanı bürüyən yanğının  səbəbləri məlum deyil.

London yanğınsöndürmə xidməti hadisə zamanı insan tələfatı faktını təsdiqləyib. Amma ölənlərin sayı haqqında dəqiq məlumat verilməyib. 

11:03

Londonda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bir neçə nəfər ölüb, bu barədə BBC London yanğın xidmətinin komissarına istinadən xəbər verir.     

Oxu.Az russian.rt.com-a istinadən xəbər verir ki, ölənlərin sayı dəqiq məlum deyil. Yanğının səbəbi hələlik məlum deyil. 

Daha öncə 30 nəfərin xəsarət aldığı barədə məlumat yayılmışdı. 

Londonda Grenfell Tower çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Daha öncə KİV yanğının səbəbinin mərtəbələrdən birində baş verən partlayışın ola biləcəyinə dair məlumat yaymışdı. 

10:26

Londonda Grenfell Tower çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, bu barədə paytaxtın polis idarəsi məlumat yayıb. 

“Londonun polis, yanğınsöndürmə bölməsi və təcili yardım xidmətinin əməkdaşları hazırda hadisə yerindədirlər. Təxliyyə işləri aparılır”, - Skotland-Yardın bəyanatında deyilir.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ən azı 30 nəfər xəsarət alıb. 

Polis paytaxt vətəndaşlarına yanğına yaxın rayonlardan mümkün qədər yan keçməyi tövsiyə edib. Təfərrüatlar açıqlanmır. 

10.14

Londonun qərbində Grenfell Tower çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Londonda yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alan 15 nəfər tüstüdən zəhərlənib.  
 
09:30
Londonda 27 mərtəbəli binada yanğın baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ikinci mərtəbədə başlayan yanğının miqyası qısa müddətdə genişlənib və bütün binanı əhatə edib.

Yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.

Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri