19 
İyn
2017
13:40
86
26
1429
Virtual karabakh

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatdı

19 İyn, 2017
13:40
1429

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının üzv ölkələrinin XİN rəhbərləri iyunun 19-da müzakirəsiz Krıma qarşı sanksiyaların müddətini bir il uzadıblar.  

Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasına istinadən RİA Novosti məlumat yayıb. 

“2017-ci ilin iyun ayının 19-da Krım və Sevastopolun qanunsuz şəkildə Rusiyaya birləşdirilməsinə cavab olaraq Şura tərəfindən sanksiyaların müddətini 2018-ci ilin iyun ayının 23-nə qədər uzadılmasına dair qərar qəbul edilib”, - məlumatda deyilir. 

Qeyd edilir ki, sanksiyaların müddəti 2017-ci ilin iyun ayının 23-də başa çatırdı. 

S.S. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri