16 
İyl
2017
10:45
399
80
16360
Virtual karabakh

Quşadasında əməliyyat: Azərbaycanlı və erməni qadınlar saxlanıldı

16 İyl, 2017
10:45
16360

Quşadasında əməliyyat: Azərbaycanlı və erməni qadınlar saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Aydın bölgəsinin Quşadası qəsəbəsində fahişəliklə məşğul olan xarici ölkə vətəndaşı qadınlara qarşı polis əməliyyatı keçirilib.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, polisə bəzi bar sahiblərinin xaricdən qadın gətirərək fahişəliyə cəlb etdiyi haqda məlumat daxil olub. 

Məlumat əsasında polis qəsəbədəki iki evdə, iki kafedə və üç avtomobildə gecə axtarış aparıb. 

Axtarış zamanı fahişəliklə məşğul olan iki Azərbaycan, üç Ermənistan, iki Özbəkistan, üç Qazaxıstan, iki Ukrayna, dörd Qırğızıstan vətəndaşı olmaqla cəmi 16 qadın saxlanılıb. 

Həmin qadınları fahişəliyə cəlb edən beş nəfərin barəsində həbs qərarı verilib. 

Saxlanılan qadınlar isə deportasiya olunacaqlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri