17 
İyl
2017
12:51
85
25
2333
Virtual karabakh

Hindistan prezidenti “toxunulmazlar” kastasından olacaq - YENİLƏNİB

17 İyl, 2017
12:51
2333

Hindistan prezidenti “toxunulmazlar” kastasından olacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Hindistanda prezident seçkilərinə start verilib. Dövlət başçısı milli parlamentin və bölgə qanunverici qurumlarının iştirakı ilə seçilir. Deputatlar gələcək prezidenti müəyyən edən seçicilər kollegiyasını yaratmalıdırlar.

Oxu.Az-ın məlumatına əsasən, seçicilər kollegiyasına 4,9 min insan – ölkə parlamentinin üst və alt palatasının, eləcə də, ştatların qanunverici qurumlarının deputatları daxil olacaq. 

Hindistanın hakim “Bxaratiya canata” partiyası (“Hindistan Xalq Partiyası”) ölkə prezidentliyinə iyerarxiyaca ən aşağıda duran dalitlər (“toxunulmazlar”) kastasdan olan Rama Natxa Kovindanın  namizədliyini irəli sürüb. 

Kovindanın baş rəqibi müxalifət partiyasında olan xanım Meyra Kumar da “toxunulmazlar” kastasındandır.

Səsvermənin nəticələri cümə axşamı elan olunacaq. Lakin KİV Kovindanın qələbə çalacağını proqnozlaşdırır.

10:19

Bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 08:30-da) Hindistanda prezident seçkiləri başlayıb, seçki məntəqələri açıq elan edilib.

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Hazırda Hindistan prezidenti Pranab Kumar Mukercidir. Bu il onun 82 yaşı olacaq. O, 2012-ci ildə Hindistan Milli Konqresi Partiyasının hökumətə rəhbərlik etdiyi zaman seçilmişdi. May ayında Mukerci seçkilərə qatılmayacağını elan etmişdi. Onun səlahiyyət müddəti iyulun 24-də başa çatır.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri