17 
İyl
2017
13:38
163
41
3869
Virtual karabakh

1677 Azərbaycan vətəndaşının Türkiyəyə girişi qadağan edildi, 252 nəfər deportasiya olundu

17 İyl, 2017
13:38
3869

1677 Azərbaycan vətəndaşının Türkiyəyə girişi qadağan edildi, 252 nəfər deportasiya olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN:

Türkiyənin Daxili İşlər Nazirliyi terrorçu İŞİD-ə qarşı mübarizə ilə bağlı hesabatını açıqlayıb.

Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunub ki, 2014-ci ilin aprelindən terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilinən 17 min 500 əcnəbinin ölkəyə girişinin qarşısını alıb, 4550 nəfər deportasiya olunub.

Hesabata əsasən, terror təşkilatları ilə əlaqələri olan 53 min 781 nəfər əcnəbinin adı "qara siyahıya" salıb.

Sənəddə bildirilib ki, Türkiyənin dövlət orqanları 2014-cü ilin aprelindən indiyədək 1677 Azərbaycan vətəndaşının ölkəyə girişinə qadağa qoyub, daha 252 Azərbaycan vətəndaşı deportasiya edilib. Azərbaycan bu göstəricilərə görə, siyahıda müvafiq olaraq, 9-cu və 6-cı yerləri tutub.

Hesabatda vurğulanıb ki, Türkiyəyə buraxılmayan əcnəbilər arasında daha çox Səudiyyə Ərəbistanı (7523), Tunis (4605) və Rusiya (4128) vətəndaşları yer alıb. Terrorçularla əlaqələrinə görə ölkədən daha çox Rusiya (804), İndoneziya (435) və Tacikistan (308) vətəndaşları deportasiya edilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri