17 
İyl
2017
17:37
376
17
3123
Virtual karabakh

Ermənistan ordusunda atışma: Zabit və əsgər yaralanıb

17 İyl, 2017
17:37
3123

Ermənistan ordusunda atışma: Zabit və əsgər yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma baş verib. 

Oxu.Az  xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Nəticədə zabit və əsgər yaralanıb. İnsidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda mühəndis işlərinin yerinə yetirilməsindən əsgərin imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri, baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağı məcbur edib.

Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq intihar etmək istəyib.

Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri