17 
İyl
2017
17:34
18
141
1535
Virtual karabakh

Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi

17 İyl, 2017
17:34
1535

Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub.

37 dərəcədən artıq hərarət və daha çox sayda xəstəxanalara müraciət qeydə alınan ərazilər ölkənin Saitama (55 nəfər), Fukuoka (47 nəfər) və Osaka (40 nəfər) rayonları olub. Tokioda isə 29 nəfər isti havanın qurbanı olub.

Meteoroloqlar isti havanın ölkə ərazisində hələ davam edəcəyini bildiriblər.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri