18 
İyl
2017
01:16
17
179
3311
Virtual karabakh

Afinada bazar günü mağazaya getdiyinə görə turisti döydülər

Yunanıstanda Avstraliyadan olan turisti bazar günü mağazaya getdiyinə görə yaxınlarının gözü qarşısında döyülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kathimerini qəzeti yazır.

Hadisə iyulun 16-da Afinada baş verib. Zərərçəkənin sözlərinə əsasən, o, mağazadan çıxandan sonra dörd nəfər ona hücum edib. 

Onlar mənən dedilər ki, “bazar günləri mağazaya getmə”, - səyahətçi xatırlayır. 

Xəsarət alan şəxs Afina küçələrində həyat yoldaşı, qızı və qayınanası ilə birlikdə gəzirdi. 

Onun arvadı hücum edənləri heyvan adlandırıb:

“Biz sadəcə qonağıq, sabah Avstraliyaya qayıdacağıq. Bu ölkədə pul xərcləyib, onların iqtisadiyyatına dəstək veririk. Bizi isə döyürlər. Mən bir daha buraya qayıtmayacam”, - qadın deyib.

İyunun əvvəlində Yunanıstanın iqtisadiyyat naziri Dimitris Papadimitriu mağazalara bazar günləri işləməyə icazə verən qanun imzalayıb.

Qərar ölkə əhalisi arasında etirazlara səbəb olub. 

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri