18 
İyl
2017
02:28
251
19
2122
Virtual karabakh

Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək

18 İyl, 2017
02:28
2122

Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq və Suriya ərazisindən Türkiyə ərazisinə təhlükə mənbələri aşkar olunarsa, yaxud birbaşa hücum olarsa Ankara beynəlxalq hüquq normaları çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək: 

“Bir daha vurğulayırıq ki, YPG terrorçularının fəaliyyətini qanuniləşdirmək cəhdi İŞİD terrorçuları ilə mübarizə kimi əsaslandırıla bilməz”.

Bildirilir ki, terror təşkilatlarına qarşı ikili standartlar siyasətindən imtina etmədən, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri