Avq
2017
17:35
134
40
1686
Virtual karabakh

Moldova Rusiya baş nazirinin müavini Dmitri Roqozini "persona-non qrata" elan edib

2 Avq, 2017
17:35
1686

Moldova Rusiya baş nazirinin müavini Dmitri Roqozini "persona-non qrata" elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova hökuməti Rusiya baş nazirinin müavini Dmitri Roqozini "persona-non qrata" elan edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə qərar Moldova hökumətinin iclasında verilib. Moldova xarici işlər naziri Andrey Qalbur hökumətin iclasında Rusiya baş nazirinin müavini Dmitri Roqozini arzuolunmaz şəxslərin siyahısına salmağı, onun ölkə ərazisinə girişinin yasaqlanmasını təklif edib.

Onun fikrincə, D.Roqozin Moldova və onun vətəndaşlarına qarşı pisniyyətli və xoşagəlməz xarakter daşıyan bəyanatlar səsləndirdiyi üçün arzuolunmaz şəxs elan olunub. D.Roqozinə Moldovaya giriş və Moldova ərazisindən tranzit kimi istifadə etmək qadağan ediləcək.

Qeyd edək ki, D.Roqozin iqtisadi əməkdaşlığa dair Moldova-Rusiya birgə hökumətlərarası komissiyasının Rusiya tərəfindən olan həmsədri və Rusiya prezidentinin Dnestryanı münaqişəsinə dair xüsusi nümayəndəsidir. 

İ.F.

​www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri