Avq
2017
09:10
7
98
1237
Virtual karabakh

Başqırdıstanda baş vermiş yanğında 9 nəfər həlak olub

7 Avq, 2017
09:10
1237

Başqırdıstanda baş vermiş yanğında 9 nəfər həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstanın Birsk rayonunda, yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla, 9 nəfər ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətinin rəhbəri Yelena Mavlyutova məlumat yayıb.

Onun sözlərinə görə, yanğın hadisəsi bazar ertəsinə keçən gecə Birsk rayonunun kəndlərindən birindəki evdə qeydə alınıb.

“Hadisə zamanı bir ailənin 9 üzvü yanaraq ölüb. Onlar arasında 5 həddi-büluğa çatmayan da var”, - deyə Mavlyutova bildirib.

O qeyd edib ki, hadisə yerində təhqiqat komissiyası işləyir və yanğının səbəbləri araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri