Avq
2017
18:44
209
38
1835
Virtual karabakh

Tramp: Ümid edirəm ki, heç vaxt nüvə gücümüzdən istifadə etməyəcəyik

9 Avq, 2017
18:44
1835

Tramp: Ümid edirəm ki, heç vaxt nüvə gücümüzdən istifadə etməyəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hər zaman dünyanın ən qüdrətli dövləti olacağını bəyan edib.

 Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb. “Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o, daha güclüdür. Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, - deyə Tramp bildirib.   

Xatırladaq ki, avqustun 8-də D. Tramp Şimali Koreyanın ünvanına çox sərt xəbərdarlıqla çıxış edib. O deyib ki, əgər Pxenyan ABŞ-ı təhdid edərsə, onu qisas gözləyir: “Şimali Koreya elə bir atəş və qəzəblə qarşılaşacaq ki, dünya hələ belə bir şey görməyib”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri