10 
Avq
2017
10:33
86
131
7247
Virtual karabakh

Şimali Koreya Quama raket zərbəsi endirəcəyi tarixi açıqladı

10 Avq, 2017
10:33
7247

Şimali Koreya Quama raket zərbəsi endirəcəyi tarixi açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreya Quama raket zərbəsi endirilməsi planını hazırlayır.

Oxu.az Ölkə.Az-a istinadən xəbər verir ki, Quam adasına 4 raket zərbəsi endiriləcək və plan avqust ayında hazır olacaq.

ABŞ və Şimali Koreya arasında raket qalmaqalı davam edir. Rəsmi Pxenyan Quamı orta mənzilli raketlə vuracağı planın tarixini açıqlayıb.

Açıqlamaya əsasən, ABŞ-a aid Quam adalarının sahillərinə 4 ədəd orta mənzilli raketlə hücum planı avqust ayında hazır olacaq. Açıqlamaya əsasən, Şimali Koreya lideri Kim Çen Inın təsdiqi gözlənilir.

Şimali Koreya ordusu məsələ ilə bağlı açıqlama verib: “Planı hazırlayacağıq və Quamı vurmaq üçün ali baş komandanın əmrini gözləyəcəyik”. Şimali Koreya rəsmiləri Trampın təhdidlərini “bir ovuc axmaqlıq” adlandırıb.

Qeyd edək ki, Quam adasındakı Anderson hərbi hava bazası ilə Şimali Koreya arasında 3.400 km məsafə var.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri