10 
Avq
2017
12:05
10
71
2411
Virtual karabakh

Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb - VİDEO

10 Avq, 2017
12:05
2411

Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Hava limanında sərnişinlərin sıxlığı yaranıb.

Hava limanından bildiriblər ki, problem elektron qeydiyyat sistemində yaranıb və buna səbəb hava limanının yeni terminalında aparılan işlərdir. Texniki problemə baxmayaraq, hava limanında heç bir reys ləğv olunmayıb. Elektron qeydiyyat sistemində problemin tam aradan qaldırılması üzrə işlər davam etdirilir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri