10 
Avq
2017
15:04
31
111
3568
Virtual karabakh

Azərbaycanda təhsil alan saxta həkim Türkiyə həbsxanasından qaçıb

10 Avq, 2017
15:04
3568

Azərbaycanda təhsil alan saxta həkim Türkiyə həbsxanasından qaçıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adanada 4 nəfərin dodağını eybəcər hala salan saxta həkim həbsxanadan qaçıb.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycanda təhsil aldığını deyən saç ustası məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

Adana məhkəməsində qeyri-peşəkarlıq, saxtakarlıq və yaralama cinayətlərindən mühakimə edilən saç ustası Soner haqqında hökm verilib. Məhkəmənin hökmü ilə sərbəst buraxılması barədə qərar qəbul edilən müttəhim başqa bir cinayətdən haqqında hökm çıxarıldığı üçün azadlığa çıxa bilməyib.

Oğurluq cinayətinə görə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Soner cəzasını çəkmək üçün həbsxanaya göndərilib.

Həbsxanada axşam yoxlanışında müttəhimin qaçdığı üzə çıxıb və həbsi üçün qərar çıxarılıb.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri