11 
Avq
2017
18:30
12
301
3180
Virtual karabakh

Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir

11 Avq, 2017
18:30
3180

Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan on minlərlə müsəlman rohincaları ölkədən deportasiya etmək niyyətindədir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Hindistan hökuməti onların ölkədə qanunsuz şəkildə yaşadığını iddia edir.

Hindistan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi K.S.Dhatvalia bildirib ki, Nyu-Dehli hazırda təxminən 40 min müsəlman rohincanın ölkədən çıxarılması üçün Banqladeş və Myanma ilə danışıqlar aparır.

Hindistan rəsmilərinin iddiasına görə, hazırda ölkədə yaşayan təxminən 14 min müsəlman rohinca BMT-də qaçqın kimi qeydiyyata düşüb, digərləri isə qanunsuz şəkildə ölkə ərazisində yaşayır və onları deportasiya gözləyir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hindistan nümayəndəliyi isə rohincaların deportasiyası ilə bağlı Hindistan tərəfinin planlarını öyrənməyə çalışdığını deyib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri