“İrma” qasırğası Puerto-Rikoya yaxınlaşıb, iki Karib adası tamamilə dağılıb - FOTO
“İrma” qasırğası Puerto-Rikoya yaxınlaşıb, iki Karib adası tamamilə dağılıb - FOTO
Karib dənizinin adalarında ciddi dağıntılara səbəb olan “İrma” qasırğası Puerto-Rikoya yaxınlaşıb.
Oxu.Az dailymail-ə istinadən xəbər verir ki, Puerto-Rikoda 900 minə yaxın insan işıqsız, ən azı 50 min insan isə susuz qalıb.
Sent-Martin adasında ən azı 6 nəfər, Barbudada isə iki yaşlı uşaq qasırğanın qurbanı olub. Antiqua və Barbudanın baş naziri Qaston Braunun sözlərinə görə, qasırğa nəticəsində 1700 nəfər əhalisi olan ada tamamilə dağılıb. Sen-Bartelemi və Sen-Marten adalarında binaların 95%-i yerlə bir olub.
“İrma” tropik qasırğası 30 avqustda Atlantik okean üzərində formalaşıb. 5 sentyabrda qasırğa ən yüksək sayılan 5-ci kateqoriyaya çatıb. Küləyin sürəti saatda 300-360 km təşkil edir. “İrma” qasırğasının Puerto-Riko, Haiti, Kuba və Floridanın şərq sahillərindən keçəcəyi gözlənilir.
E.C.
www.oxu.az