11 
Sen
2017
09:35
113
22
2443
Virtual karabakh

Fars körfəzində İran və ABŞ gəmiləri arasında insident baş verib

11 Sen, 2017
09:35
2443

Fars körfəzində İran və ABŞ gəmiləri arasında insident baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "Falaken" raket kateri İslam Respublikasına aid digər gəmiyə yaxınlaşan ABŞ gəmisinə xəbərdarlıq edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, Fars körfəzində, Cask liman şəhərinin təqribən 72 km-də texniki nasazlıq səbəbindən qəzaya uğrayan "Şəms" balıqçı gəmisi İran HDQ-dən kömək istəyib. Xilasetmə əməliyyatı üçün əraziyə "Falaken" raket kateri göndərilib. Əməliyyat zamanı balıqçı gəmisinə yaxınlaşan ABŞ HDQ-nə məxsus gəmi "Falaken" tərəfindən xəbərdarlıq alıb və həmin ərazini tərk etmək məcburiyyətində qalıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri