11 
Sen
2017
16:01
260
22
2502
Virtual karabakh

Rusiyanın Ermənistandakı bazasının hərbçiləri arasında dava olub

11 Sen, 2017
16:01
2502

Rusiyanın Ermənistandakı bazasının hərbçiləri arasında dava olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının hərbçiləri arasında dava olub. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə APA shamshyan.com-a istinadən xəbər verir.

Məlumata əsasən, hadisə ötən gecə Alabyan küçəsində yerləşən binalardan birinin həyətində baş verib.

Polisə dava barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda ciddi bədən xəsarətləri almış bir nəfərin yerdə uzandığını aşkar ediblər. Daha 3 nəfər isə hadisə yerindən qaçıb.

Xəsarət almış şəxsin Rusiya vətəndaşı, 26 yaşlı Yuri Nikolayev olduğu aydınlaşıb. Polis davanın digər iştirakçılarının - Rusiya vətəndaşları, 23 yaşlı Vladislav Karasovski, 22 yaşlı Viktor Yudin və 26 yaşlı Nursultan Qizatulayev olduğunu da müəyyən edib, onlar saxlanılıb.

N. Qizatulayev polisə ifadəsində xəsarət alan şəxsi döydüyünü etiraf edib.

Onların hamısının 102-ci hərbi bazanın bölmə komandirləri olduğu bildirilir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri