12 
Sen
2017
16:03
102
231
21377
Virtual karabakh

Tbilisidə qətlə yetirilən "Lotu Quli"nin sağ əli çıxdı - FOTO + YENİLƏNİB

12 Sen, 2017
16:03
21377

Tbilisidə qətlə yetirilən "Lotu Quli"nin sağ əli çıxdı - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə gecə saatlarında qətlə yetirilən azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Oxu.Az Rustavi 2 kanalına istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 1975-ci il təvəllüdülü Elçin Məmmədov adlı şəxsdir.

Yayılan xəbərə görə, Elçin Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun sağ əli olub.

Onun adı Rövşən Lənkəranskinin qətlində hallanırmış.
 
 10:51

Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda  azərbaycanlı odlu silahla qətlə yetirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri