12 
Sen
2017
16:38
18
126
3454
Virtual karabakh

Kreml Putinin prezidentliyə namizəd olacağı barədə xəbərlərə münasibət bildirib

12 Sen, 2017
16:38
3454

Kreml Putinin prezidentliyə namizəd olacağı barədə xəbərlərə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kreml Vladimir Putinin qarşıdakı prezident seçkilərində növbəti dəfə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin prezident seçkilərində iştirak etməsi ilə bağlı qərarını hələlik elan etmədiyini deyib: "Bu məsələdə heç kim qabağa qaçmağa hazırlaşmır. Prezident hələlik qərarını açıqlamayıb. Putinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı KİV-də yayılan məlumatlar hipotetik müzakirələrdir".

Qeyd edək ki, "Kommersant" qəzeti Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən Putinin qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşdığını yazıb. Qəzetin yazdığına görə, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarət olacaq.

Rusiyada prezident seçkiləri 2018-ci ildə keçiriləcək. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri