12 
Sen
2017
21:11
42
311
6048
Virtual karabakh

ABŞ Ankaradan narazıdır

12 Sen, 2017
21:11
6048

ABŞ Ankaradan narazıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından narazıdır. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin “S-400” komplekslərinə görə artıq ilkin ödəniş etməsi barədə xəbəri şərh edərkən Pentaqonun rəsmi nümayəndəsi Conni Maykl bildirib.

“Biz məsələ ilə bağlı rəsmi Ankaraya narahatlığımızı ifadə etmişik. Bu məsələ ilə bağlı Türkiyə ilə açıq dialoq aparırıq və hərbi texnikaların, silahların alınması proqramlarının icrası zamanı  NATO çərçivəsində operativ uyğunluğun saxlanılmasının vacibliyini vurğulamışıq”, - deyə Conni Maykl   qeyd edib.      

“Türkiyə NATO-nun əsas müttəfiqidir. Hərbi satınalmalar sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədə qalmaqdadır. Türkiyə raketdən müdafiə sahəsindəki tələbatlarını ödəmək üçün  ABŞ da daxil olmaqla, NATO üzrə müttəfiqlərinin istehsalı olan raket əleyhinə sistemlərə maraq göstərməkdə davam edir”, deyə  Conni Maykl  bildirib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri