13 
Sen
2017
11:23
33
213
11924
Virtual karabakh

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb - YENİLƏNİB

13 Sen, 2017
11:23
11924

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün yoxa çıxan Mixail Saakaşvili tapılıb.

Oxu.Az axar.az-a istinadən xəbər verir ki, Saakaşvili öz Feysbuk səhifəsi vasitəsilə tərəfdarlarını Çernovtsov şəhər meydanına toplanmağa səsləyib.

"Ukraynada dəyişikliklər Çernovtsovdan başlayır. Sizi sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna mətbuatı Mixail Saakaşvilinin Lvovdan çıxaraq naməlum istiqamətə getdiyini və ondan hələ də xəbər alınmadığı haqqında informasiya yaymışdı.

11:02

Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb.

Oxu.Az Ölkə.Az-a istinadla məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri