14 
Sen
2017
15:32
27
90
4886
Virtual karabakh

ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı

14 Sen, 2017
15:32
4886

ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hökuməti Kamboca, Eritreya, Qvineya və Serra-Leonaya qarşı sanksiya tətbiq edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Bəyanata əsasən, bu ölkələr ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etmək istəmədikləri üçün sanksiyalara məruz qalıblar. 

“Kamboca, Eritreya, Qvineya və Serra-Leona hökumətləri ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etməyiblər, yaxud qəbulu gecikdiriblər. Nəticədə dövlət katibi Tillersonun göstərişinə əsasən, bu ölkələrdə konsulluq işçiləri ərizəçilərin bəzi kateqoriyaları üzrə viza verməkdə məhdudiyyət tətbiq ediblər”, - nazirliyin məlumatında bildirilir.

ABŞ Dövlət departamenti bu dörd ölkənin hazırkı siyasətini davam etdirəcəyi təqdirdə sanksiyaların genişləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri