15 
Sen
2017
15:13
22
126
1788
Virtual karabakh

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

15 Sen, 2017
15:13
1788

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır.

Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.

Qeyd edək ki, Gürcüstanda 2014-ci ildə aparılmış əhalinin son siyahıya alınmasına əsasən, Kvemo Kartli bölgəsində 423 986 nəfər əhali yaşayır.

Əhalinin 177 032 nəfəri azərbaycanlıdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri