15 
Sen
2017
21:00
65
165
11153
Virtual karabakh

İsveçli siyasətçini inanclarına görə zorladılar

15 Sen, 2017
21:00
11153

İsveçli siyasətçini inanclarına görə zorladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçin Falun şəhərində sol təmayüllü partiyanın rəhbəri Patrik Lilyeqlod bəyan edib ki, bu ilin yayında öz inanclarına görə zorakılığa məruz qalıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Lilyeqlodun sözlərinə əsasən, o cari ilin iyul ayında hücuma məruz qalsa da, hadisə barədə yalnız indi danışmağa qərar verib.

“Məni vəhşicəsinə döydülər və bıçaqla hədələyərək zorladılar. Onlar dedilər ki, mənim kimilərin (“solçuların”) bu xoşuna gəlməlidir və məni satqın adlandırdılar”, - xəsarət alan şəxs izah edib. 

O həmçinin bildirib ki, hadisə ilə əlaqədar danışmaq istəməsə də, insidentdə siyasi motivlər olduğundan açıqlama verməli olub. 

Polis faktı təsdiqləyib. İş üzrə araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri