Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq
Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq
Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Koreya səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaq.
Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında, saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcək.
Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.
Tədbirin Programı:
Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.
Koreyanın milli çay mədəniyyətinin nümayişi.
Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:
İçkilər və Çay: Zəngçiçəyi armud şirəsi, innab çayı, sitron çayı, omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.
Spirtli içkilər: Sitron ətirli socu (Koreyanın milli şərabı), makgeoli (düyüdən hazırlanmış milli likör), liqanqju.
Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıd, buğda unundan hazırlanmış Koreya milli ballı peçenyeləri, düyü unundan hazırlanmış Koreya şirniyyatları.
E.Ə.
www.oxu.az