26 
Sen
2017
19:24
208
40
4924
Virtual karabakh

Putin Hərbi-Kosmik Qüvvələrinin baş komandanını işdən çıxardı

26 Sen, 2017
19:24
4924

Putin Hərbi-Kosmik Qüvvələrinin baş komandanını işdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin ölkənin Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Viktor Bondarevi vəzifəsindən azad edib. General-polkovnik həmçinin hərbi xidmətdən də kənarlaşdırılıb.

Oxu.Az-ın xəbərinə görə, Rusiya liderinin müvafiq fərmanı sentyabrın 26-da hüquqi informasiyanın rəsmi internet portalında dərc edilib.

Rusiya prezidentinin digər fərmanı ilə Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov və DİN-in Saratov vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Arenin də tutduqları vəzifələrdən azad ediliblər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri