28 
Sen
2017
20:37
141
29
3451
yuxarı
İstanbulun yeni meri məlum olub
28 Sen, 2017
20:37
3451
141
29
İstanbulun yeni meri məlum olub
İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb.
O, üçüncü turda 179 səs alaraq Türkiyənin əsas müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi, Bəylikdüzü bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qalib gəlib. Namizədlərə bu turda 156 səs almaq kifayət edirdi.
M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Kadir Topbaş bu günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən istefa verib.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək