11 
Okt
2017
12:19
6
194
4189
yuxarı
Rusiyada azərbaycanlı tələbənin meyiti tapıldı
11 Okt, 2017
12:19
4189
6
194
Rusiyada azərbaycanlı tələbənin meyiti tapıldı
Rusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələbənin yaşadığı evdə meyiti aşkarlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.
Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V. Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışımış. Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər.
Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
N.O.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək