11 
Okt
2017
14:01
135
46
3160
Virtual karabakh

Avropada növbəti müstəqillik qalmaqalı: Flandriya Belçikadan ayrılmaq istəyir

11 Okt, 2017
14:01
3160

Avropada növbəti müstəqillik qalmaqalı: Flandriya Belçikadan ayrılmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib.

Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, Belçikanın Flandriya vilayəti də bu barədə addım atmaq istəyir.

Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yolla hərəkət etməyə hazırdır.

Tomasın sözlərinə görə, Belçika əhalisinin böyük hissəsi Kataloniyanın müstəqillik referendumunu dəstəkləyir. Flandriya bölgəsi isə müstəqillik referendumu keçirmək niyyətindədir: "Biz Flandriyada referendum keçirmək istəyirik. Çünki əhalinin böyük əksəriyyəti bu ideyanı dəstəkləyir".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri