11 
Okt
2017
20:39
161
82
10479
Virtual karabakh

Azərbaycan Dövlət Dəmir Yolları ilə bağlı qalmaqallı işə İsveç məhkəməsində bəraət hökmü

11 Okt, 2017
20:39
10479

Azərbaycan Dövlət Dəmir Yolları ilə bağlı qalmaqallı işə İsveç məhkəməsində bəraət hökmü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç məhkəməsi rüşvətxorluq işində adı hallan “Bombardier” şirkətinin əməkdaşına bəraət verib.

Oxu.Az xəbər verir ki, İsveç məhkəməsi “Bombardier”in əməkdaşı Yevgeniy Pavlovu Azərbaycanda 340 milyon dollarlıq müqaviləni udmaq üçün Monrealda yerləşən iri nəqliyyat şirkətinə “külli-miqdarda rüşvətxorluq” işində iştirakı ilə bağlı məsələ üzrə qərar çıxarıb.

Stokholm məhkəməsi çərşənbə günü təqdim olunan qərarında deyib: 

“Prokurorlar məsuliyyətə cəlb olunan şəxsin müvafiq olmayan gəlir vəd və ya təklif etməsini sübut edə bilməyiblər”.

İttihama əsasən Pavlovun 2013-cü ildə Azərbaycanda Şərq-Qərb qatar xəttində mürəkkəb qatar siqnal avadanlıqlarının quraşdırılması ilə bağlı tenderdə qalib gələn “Bombardier”in yerli konsorsiumu olan “Trans-Siqnal-Rabitə”nin yaradılmasında rolu üzərində cəmlənib.

Burada layihənin əldə edilməsində “Bombardier”in rusiyalı tərəfdaşlarına hər hansı rüşvət verilməsi də daxil olmaqla, başqa suallar mövzudan kənarda qalıb.

Stokholm məhkəməsinin dediyinə görə isə, Yevgeniy Pavlova qarşı prokurorluq rüşvətxorluq və ya bu cinayətə vasitə olma ilə bağlı heç bir dəlil, sübut tapmayıb.

Altı il həbs təhlükəsi ilə üzləşən Pavlov altı ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb. 

Xatırladaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsinin siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə “Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər.

Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-ə isə Arif Əsgərov rəhbərlik edirdi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri