11 
Okt
2017
19:59
33
484
32894
Virtual karabakh

Konqoda qadını yeməyə görə zorlanmaya məhkum etdilər

11 Okt, 2017
19:59
32894

Konqoda qadını yeməyə görə zorlanmaya məhkum etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqoda yaraqlılar verdiyi yeməyə görə qadını zorlanmayaa və ölümə məhkum ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə France24 terrorçuların yaydığı videoya istinadən məlumat yayıb.

Hadisə Luebo şəhərində aprelin 8-də baş verib. Şəhər “Kamuina Nsapu” hərəkatına tabe olan qəbilə üsyançıların nəzarəti altında idi. 

Videoda qadının şəhərin mərkəzi meydanına gətirilməsi aydın görünür. Yaraqlıların lideri qadını saçlarından tutaraq ona dövlətə xəyanətə görə ölümə məhkum edildiyini deyir. Qadını ilk ərinin digər arvaddan olan oğlu zorlayır, daha sonra isə onu öldürürlər. şahidlər bildirirlər ki, bəzi qatillər öz qurbanlarının qanını da içiblər.

France24 müəyyən edib ki, terrorçuların narazılığına qadının onlara verdiyi yemək olub. Restoran sahibinin gətirdiyi yeməkdə balıq tikələr olub, terrorçular isə müharibə zamanı ət və balıq yemirlər, sekslə məşğul olmurlar.

Cinayətkarlar hələ də azadlıqdadırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri