12 
Okt
2017
20:04
112
414
3690
Virtual karabakh

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

12 Okt, 2017
20:04
3690

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, oktyabrın 12-də, Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

“Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə daxil olması barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsverməsi beynəlxalq normalara uyğun keçirilib”, - məlumatda deyilir.

Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri