13 
Okt
2017
14:20
87
40
1301
Virtual karabakh

Türkiyə fövqəladə rejimi üç ay uzadılacaq

13 Okt, 2017
14:20
1301

Türkiyə fövqəladə rejimi üç ay uzadılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir.

Oxu.Az  NTV-yə istinadən xəbər verir ki, belə bir bəyanatla  hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş çıxış edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-da Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.  

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri