13 
Okt
2017
16:41
455
28
5090
Virtual karabakh

Ərdoğan: ABŞ dünyaya yalan danışır

13 Okt, 2017
16:41
5090

Ərdoğan: ABŞ dünyaya yalan danışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"ABŞ rəsmiləri - İstanbul konsulluğunun həbs olunmuş əməkdaşı ilə görüşə bilmədiklərini deyənlər yalan danışırlar".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. 

Ərdoğan əlavə edib ki, ölkəsinin tərəfdaşı olan dövlətlərin riyakarlığı onu ciddi narahat edir: "ABŞ bütün dünyaya yalan danışır. Heç kim onun həbsindən sonra konsulluğunun əməkdaşı ilə görüşmək istəməyib. Onlara sənəd lazımdır? Onu XİN deyil, məhkəmə verəcək. Təkbətək görüşlərdə vədlər və təminatlar verirlər. Lakin arxamızca gizlədilməsi mümkün olmayan mümkün çirkin oyunlar aparırlar".

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri