13 
Okt
2017
17:40
17
86
2175
Virtual karabakh

Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edildi

13 Okt, 2017
17:40
2175

Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin vetosunu aradan qaldıraraq, Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib. 

Oxu.Az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, qanun layihəsinin lehinə 117, əleyhinə isə 7 deputat səs verib.

Yeni dəyişikliklərə əsasən, Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.

Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri