19 
Okt
2017
08:40
116
4
1350
Virtual karabakh

ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyi təklif etdilər

19 Okt, 2017
08:40
1350

ABŞ konqresmenləri Myanmaya qarşı sanksiya tətbiq etməyi təklif etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırxdan çox konqresmen rohinca müsəlmanlarının sıxışdırılması səbəbindən Myanma hökumətinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif ediblər.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə konqresmenlərin ABŞ-ın dövlət katibi Reks Tillersona ünvanladıqları məktubunda deyilir.

"Biz Birmada mühasirədə qalan və ya ora qayıtmaq istəyən insanların müdafiə və təhlükəsizliyinə nail olmaq, həmçinin onların qonşu ölkələrdən zor gücünə geri qaytarılmasına mane olmaqdan ötrü mümkün olan hər şeyi etməyə çağırırıq", - deyə siyasətçilərin bəyanatında bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatı bəyan edib ki, Myanmadan olan rohinca müsəlmanlarının sayı 582 min nəfər təşkil edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri