Noy
2017
20:28
31
216
6624
Virtual karabakh

Batumidə azərbaycanlı turist deltaplanla dənizə düşdü - YENİLƏNİB

5 Noy, 2017
20:28
6624

Batumidə azərbaycanlı turist deltaplanla dənizə düşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Batumi şəhərində Qara dənizə düşən deltaplanla Ukrayna və İran vətəndaşları uçub.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Daha öncə deltaplanla Azərbaycan və Ukrayna vətəndaşlarının uçduğu bildirilirdi.

"Aparat 15 metr yüksəklikdən Batumi yaxt-klubunun sahilinin yaxınlığında düşüb. Hadisə bu günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.

Hadisənin səbəbi hələlik məlum deyil.

***

17:59

Batumidə deltaplanla uçan azərbaycanlı və ukraynalı turistlər Qara dənizə düşüblər.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, aparat uçmağa cəhd göstərdikdən sonra dərhal dənizə düşüb. Xilasedicilər aparat və iki turisti xilas edə biliblər.

Deltaplan 15 metr yüksəkliyindən düşüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri