10 
Noy
2017
16:54
444
30
5624
Virtual karabakh

Azərbaycanlı qadın Tallin şəhərinin vitse-meri təyin olundu

10 Noy, 2017
16:54
5624

Azərbaycanlı qadın Tallin şəhərinin vitse-meri təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tallin şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib.

Onların sırasında azərbaycanlı, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.

Z.İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.

Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri