14 
Noy
2017
20:30
37
170
16802
Virtual karabakh

Rusiya Müdafiə Nazirliyindən kobud səhv – FOTO

14 Noy, 2017
20:30
16802

Rusiya Müdafiə Nazirliyindən kobud səhv – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya ABŞ-ın İŞİD-ə dəstək verməsini sübut edən fotolar paylaşıb.

Oxu.Az-ın xəbərinə görə, qurumda bildiriblər ki, 9 noyabr 2017-ci ildə çəkilən bu şəkillərdə Birləşmiş Ştatların terrorçularla əlbir olması açıq-aydın görünür. 

Lakin məlum olub ki, şəkillərdən biri smartfonlar üçün “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyununun skrinşotu ilə eynidir. Digər fotolar isə İraq ordusunun 2016-cı ildə Əl-Fallucada keçirdiyi əməliyyat zamanı lentə alınıb.

Rusiya Müdafiə Nazirliyi sonradan rəsmi Facebook və Twitter səhifələrində fotoları və paylaşımı silib.

Qeyd olunur ki, kadrlar həmçinin “Rusiya-24” telekanalının efirində də yayımlanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri