17 
Noy
2017
10:34
8
179
3846
Virtual karabakh

Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb

17 Noy, 2017
10:34
3846

Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. 

Oxu.Az bildirir ki, yaxınlarının Report-a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.

Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. 

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O, doğulduğu qəsəbədə dəfn olunub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri