17 
Noy
2017
11:22
48
22
3690
Virtual karabakh

Türkiyə Super Liqasının sabiq bombardiri həbs olundu

17 Noy, 2017
11:22
3690

Türkiyə Super Liqasının sabiq bombardiri həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə milli komandasının sabiq futbolçusu Zafer Biryol həbs olunub. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, 2003/2004 mövsümündə Türkiyə Superliqasının bombardiri olan 41 yaşlı veteran hücumçu İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılıb.

Həbsin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə millisinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində “Fənərbaxça” və “Bursaspor” kimi klubların formasını geyinib. O, 2003/2004 mövsümündə “Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri