17 
Noy
2017
14:50
24
409
10416
Virtual karabakh

Türkiyədə partlayış zamanı ölən tələbənin meyiti Azərbaycana gətirilib - FOTO + YENİLƏNİB

17 Noy, 2017
14:50
10416

Türkiyədə partlayış zamanı ölən tələbənin meyiti Azərbaycana gətirilib - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə partlayış zamanı ölən tələbənin meyiti Azərbaycana gətirilib.

Oxu.Az-ın "Report"un Qərb bürosuna istinadən verdiyi məlumatına görə, İzmirdə kirayə qaldığı evdə qaz sobasınını partlaması nəticəsində dünyasını dəyişən Murad Etibar oğlu Allahverdiyevin meyiti dəfn edilməsi üçün Samux rayonunun Qarabağlılar kəndində gətirilib. 

Onun meyiti ailəsinə təhvil verilib. 

12:15

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. 

Oxu.Az bildirir ki, bu barədə Report-un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri