17 
Noy
2017
14:22
315
22
1960
Virtual karabakh

Ərdoğan ABŞ-ı İŞİD-i maliyyələşdirməkdə ittiham etdi

17 Noy, 2017
14:22
1960

Ərdoğan ABŞ-ı İŞİD-i maliyyələşdirməkdə ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İŞİD-ə çoxlu dollar vermisiniz”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, ortada çox sadə formada cavablandırılacaq suallar var: "Amma ABŞ bununla dalana dirənib. Raqqa, Mümbiç, Deyirzor bu məsələlərə daxildir. Dedik ki, gəlin, bu işləri birlikdə həll edək. ABŞ-ın keçmiş prezidenti Barak Obmanın dəfələrlə söz verməsinə baxmayaraq, verdikləri vədə əməl etmədilər. “YPG”-nin (terrorçu PKK-nın Suriyadakı qolu –  red.) terror təşkilatı olduğunu söylədik. Dedilər ki, artıq onlarla deyil “SDG” (“YPG” və “PYD”-dən ibarət Suriya Demokratik Gücləri – red.) ilə əməkdaşlıq edirik. Vətəndaşım məndən İŞİD-ə qarşı mübarizəni soruşur. Siz nə etdiniz? Siz 12 min kilometr uzaqlıqdan Suriyaya niyə gəlmisiniz? Adama bu sual verilməzmi? İŞİD-ə çoxlu dollar vermisiniz. Mənim hərbçilərim Azad Suriya Ordusu ilə birlikdə qəhrəmanca mübarizə apardı. 2 min kv. km-lik ərazini İŞİD-dən təmizlədi".

Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar: "ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərəkətləri etmək tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la birgə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur”. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri